05.08.2014 tarixində “AZƏRSU” ASC ilə Real İnşaat MMC arasında imzalanmış müqaviləyə əsasən tərəfindən “Koroğlu” metro stansiyası yaxınlığında Heydər Əliyev prospekti və mövcud yol qovşağı alt hissəsindən magistral su kəmərlərinin dəyişdirilməsi üçün yeraltı mikrotunel lahiyəsinin tikintisinə başlanılmışdır. Mobilizasiya işləri Sentyabr ayında 2014-cü ildə başlamış,Lahiyənin faktiki yerlərdə təyin olunmuş, kommunikasiya xəttlərinin yerləşdirilməsi başa çatmış və 2 ədəd diametri 15 metr olan giriş və çıxış şaxtasının tikintisi başlamışdır. Dərinliyi 8-15 metr olan iki ədəd şaxtanın tikintisi 2015-ci il dekabr ayında sona çatmışdır. Bu proseslərdən sonra AVN 2000 markalı qazma makinası şaxtaya yerləşdirilmiş və 15.12.2015 tarixində tunel qazma işlərinə başlamışdır. 2 ədəd uzunluğu 210 m. olan xarici diametri 2540 mm olan mikrotunelin qazılması və mikrotunelə daxili diametri 2000 mm olan dəmir-beton boruların quraşdırılması həyata keçirilmişdir və 05.02.2015 tarixində tikinti işləri tamamlanmışdır. Bu tikinti işlərində AVN-2000 markalı Almaniya istehsalı olan və bir neçə mürəkkəb funksiyaları yerinə yetirən qazma makinasından geniş istifadə olunmuşdur. Maşının bir iş günündə (8 saat ərzində) qazma effektliyi 10-12 metr olmuşdur. Bu texnikanın istifadəsində Almaniyadan dəvət olunmuş 2 xarici operator və 2 yerli operator çalışmışdır. Ümumiyyətlə qazma işlərində 12 mühəndis heyəti və 20 nəfərdən ibarət qazma briqadası iştirak etmişdir. Işin gedişatı zamanı nəqliyyatın hərəkəti dayandırılmamış və hal-hazırda mövcud körpü kompleksinin altından müvəffəqiyyətlə qazma işləri başa çatmışdır.
Görülmüş tunel qazma işləri yüksək keyfiyyətlə sifarişçi “AZƏRSU ” ASC –yə təhvil verilmişdir. Hal-hazırda tunel kompleksi nəzərdə tutduğu məqsədlər üçün təyinatı üzrə istifadə olunur.