Ağstafa şəhərinin içməli su təchizatı üçün 6 ədəd subartezian quyusu qazılmış, tutumu 1000 m3 və 1500 m3 olan 2 ədəd su anbarı tikilmiş, uzunluğu 164521,5 metr olan su şəbəkəsi və uzunluğu 139688 metr olan kanalizasiya şəbəkəsi çəkilmişdir. Gücü 4900 m3/gün olan Çirkab Su Təmizləyici qurğu, inzibati bina, laboratoriya binası və digər yardımçı binalar tikilib istismara verilmişdir. Bu layihənin həyata keçməsi ilə 28 000 nəfərin 24 saat fasiləsiz içməli su ilə təmin olunması mümkün olacaqdır.