Şəmkir şəhərinin “Su Təchizatı və Kanalizasiya Sistemlərinin Yenidən Qurulması” layihəsi üzrə 14 750 m magistral su xətti, 237 635 m su şəbəkəsi, 203 305 m kanalizasiya şəbəkəsi, 20 241 m kanalizasiya kollektoru çəkilməsi nəzərdə tutulur. Bununla birgə, hal-hazırda burada tutumu 1000 m3 olan 2 ədəd, 2000 m3 olan 1 ədəd və 3000 m3 olan 1 ədəd su anbarı, gücü 10000 m3/gün olan Çirkab Su Təmizləyici qurğu tikilməkdədir.
Layihənin həyata keçməsi nəticəsində 46800 nəfər 24 saat fasiləsiz içməli su ilə təmin olunacaqdır.