Cəlilabad şəhərinin “Su Təchizatı və Kanalizasiya Sistemlərinin Yenidən Qurulması” layihəsi üzrə 32 387 metr magistral su xətti, 229 775 metr su şəbəkəsi, 195643 metr kanalizasiya şəbəkəsi, 9752 metr kanalizasiya kollektoru çəkilməsi nəzərdə tutulur. Bununla birgə, rayon ərazisində tutumu 2500 m3 olan 4 ədəd, gücü 11350 m3/gün olan çirkab su təmizləyici qurğunun tikilməsi də həyata keçiriləcəkdir.
Cəlilabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin əsas hissəsi artıq yerinə yetirilmişdir. Bu layihənin tam icrası nəticəsində 77370 nəfər 24 saat fasiləsiz içməli su ilə təmin olunacaqdır


